Bakıda liftdə köməksiz qalan 6 nəfər xilas edilib - FOTO - VİDEO

Bakıda liftdə köməksiz qalan 6 nəfər xilas edilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 17 dekabr 2014 20:06 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Xətai rayonu, Süleyman Vəzirov, 22 ünvanında qeydə alınıb. 16 mərtəbəli binanın nasaz liftində 6 nəfərin köməksiz vəziyyətdə qalması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 112 "qaynar xətt"inə məlumat daxil olub. Dərhal hadisə yerinə yollanan nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri xüsusi alət və avadanlıqların köməyi ilə liftin qapılarını açmağa çalışıblar.

Təxminən yarım saat çəkən əməliyyatın sonunda xilasedicilər köməksiz vəziyyətdə qalan Yusif Həsənov, Ruslan Rzayev, Fərdi Əmirov, Vasif Əhmədzadə, Şahin Hüseynli, Zahid Abdullayevi xilas ediblər.

Araşdırmalar nəticəsində məlum olub ki, lift elektrik xəttində baş verən problem səbəbindən nasazlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR