Estoniya parlamentinin üzvü: “Səsvermə demokratik şəkildə keçib”

Estoniya parlamentinin üzvü: “Səsvermə demokratik şəkildə keçib”
# 02 noyabr 2015 10:48 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “1 noyabrda Azərbaycanda keçirilən parlament seçkilərində məcburi köçkünlərə səsvermə imkanlarının yaradılmasını çox müsbət hal kimi qiymətləndirirəm. Estoniya Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyır”.

APA-nın xəbərinə görə, bunu noyabrın 1-i parlament seçkilərinə beynəlxalq müşahidəçi qismində qatılan Estoniya parlamentinin üzvü Savisaar Erki deyib.

O bildirib ki, səsvermə texniki baxımdan yaxşı təşkil olunub və demokratik şəkildə keçib: “Biz olduğumuz seçki məntəqələrində hər hansı qanun pozuntusu aşkarlanmadı”.

Estoniyalı deputat qeyd edib ki, Estoniya nümayəndə heyəti ümumilikdə 11 məntəqədə müşahidə aparıb: “Bu məntəqələr arasında məcburi köçkünlərin də seçki məntəqəsi var idi. Qeyd edim ki, səsvermə nizamlı və mütəşəkkil qaydada keçirildi. Müşahidəçilər öz yaşadıqları məntəqədə müşahidə aparmırlar. Seçki məntəqələri vaxtında açılmışdı. Hər bir seçki komissiyasında müşahidəçilər əvvəldən axıra kimi seçki prosesini izlədilər. Bu seçki prosesinə əlavə şəffaflıq qatır. Biz Suraxanıda səsvermənin nəticələrinin hesablanmasında da iştirak etdik. Hesablama düzgün aparıldı. Yerli müşahidəçilər hesablamaya müdaxilə etmədilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR