Yanvarda Azərbaycan qeyri-neft məhsullarının ixracını 16% artırıb

Yanvarda Azərbaycan qeyri-neft məhsullarının ixracını 16% artırıb
# 06 mart 2015 12:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanın rezidentləri dünyanın 99 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 55 ölkəyə əmtəə ixrac olunub, 91 ölkədən idxal olunub.

APA-Economics”in Dövlət Statistika Komitəsində istinadən verdiyi məlumata görə, xarici ticarət əlaqələri iştirakçılarının 40-ı Avropa, 12-si Amerika, 32-si Asiya ölkələri və digərləridir.

Ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 1959,4 mln. ABŞ dolları, o cümlədən ixracın həcmi 1385,2 mln. dollar, idxalın həcmi 574,2 mln. dollar təşkil edib, nəticədə 811,0 mln. dollarlıq müsbət saldo yaranıb.

İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, plastmas və ondan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatların, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib.

Yanvar ayında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin yanvar ayı ilə müqayisədə 16,0% artaraq 124,2 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR