Mahmud Məmmədquliyev QDİƏT xarici işlər nazirlərinin görüşündə iştirak edəcək

Mahmud Məmmədquliyev QDİƏT xarici işlər nazirlərinin görüşündə iştirak edəcək
# 23 iyun 2016 13:49 (UTC +04:00)

Вakı. Məlahət Nəcəfova - APA. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirlərinin Şurasının Rusiyanın Soçi şəhərində keçiriləcək iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edəcək. Bu barədə APA-ya XİN-in mətbuat xidmətindən məlumat verilib.

Toplantı iyulun 1-də keçiriləcək. Sədrlik Rusiyadan Serbiyaya keçəcək.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Ermənistan, Moldova, Albaniya, Serbiya, Rumıniya, Bolqarıstan və Yunanıstan daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR