Mahmud Əhmədinejad: “Əslində bizim atom bombamız gənclərimiz və onların təfəkkürüdür”

Mahmud Əhmədinejad: “Əslində bizim atom bombamız gənclərimiz və onların təfəkkürüdür”
# 13 aprel 2013 01:48 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. “İranın atom bombasına ehtiyacı yoxdur”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu ölkə prezidenti Mahmud Əhmədinejad Simnan vilayətinin Şahrud şəhərində əhali qarşısında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, düşmənlərin bölgədən çıxarılması üçün iranlı gənclərin öz iradələri və düşüncələri yetərlidir: “Əslində bizim atom bombamız gənclərimiz və onların təfəkkürüdür. Qərb ölkələri nüvə məsələsini bəhanə edərək yalan iddialar irəli sürürlər. Halbuki İran atom bombasına malik deyil. Əgər bir gün düşmənləri bölgədən silib-süpürmək lazım gələrsə, bizim gənclərimiz öz iradələri və düşüncələri ilə bu işi görərlər. Elə düşmənlərin də qorxduğu şey iranlı gənclərin düşüncəsi, təfəkkürü, iradəsi, mədəniyyəti, tövhid və peyğəmbər yolunu davam etdirməsidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR