İrandan Azərbaycana daxili orqanında narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb

İrandan Azərbaycana daxili orqanında narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb
# 06 avqust 2015 10:37 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan vətəndaşı Eldar Mahmudovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 1 ədəd bükümdə xalis çəkisi 7,83 qram olan narkotik vasitə - tiryək, 3 ədəd bükümdə isə ümumi xalis çəkisi 23,19 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Bu barədə “APA-Economics”ə komitənin mətbuat xidmətindən məlumat verilib.

Faktla bağlı təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR