Ukraynada 1 ildir döyüşən əsgər və zabitlərin tərxis olunmasına başlanıb

Ukraynada 1 ildir döyüşən əsgər və zabitlərin tərxis olunmasına başlanıb
# 18 mart 2015 11:35 (UTC +04:00)

APA-nın Ukrayna xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, prezidentin fərmanı əsasında həyata keçirilən tərxisolunma prosesi mayın 1-nə qədər davam edəcək. Ümumən 35,3 min nəfər hərbçi ehtiyata buraxılacaq. Bu hərbçilər 2014-cü il martın 17-də prezidentin qismən səfərbərlik haqqında fərmanı əsasında ordu sıralarına cəlb edilib. Onları yeni qüvvələr əvəzləyəcək. Ehtiyata göndərilən qüvvələr ehtiyac yarandığı anda yenidən orduya cəlb olunacaqlar.

Xatırladaq ki, 2014-cü ilin martında Krımın Rusiya tərəfindən ilhaqından sonra Donbassda aqressiv separatizm baş qaldırıb. Rusiyanın dəstəklədiyi silahlı qruplar regionun şəhər və qəsəbələrində bir-birinin ardınca inzibati binaları zəbt ediblər. Ukrayna hökuməti buna cavab olaraq bölgədə antiterror əməliyyatına başlandığını elan edib. Aprel ayında hərbi texnika, ağır artilleriya və aviasiyadan istifadə edilməklə fəal hərbi əməliyyatlar başlayıb. Hücuma keçən Ukrayna ordusu Donbassın bir çox şəhər və rayonlarını separatçı qüvvələrdən təmizləyib. Donetsk və Luqansk şəhərlərinə yaxınlaşan və bu şəhərləri də azad etməyə hazırlaşan Ukrayna ordusu avqust ayının sonlarında Rusiya ordusunun fəal müdaxiləsindən sonra ciddi itki verərək müəyyən mövqelərdən geri çəkilməyə məcbur olub. Nəticədə sentyabr ayında Minsk şəhərində atəşkəs haqqında saziş imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR