Danimarka “Eurovision-2013” təmsilçisini, İsveç isə aparıcılardan birini müəyyənləşdirib

Danimarka “Eurovision-2013” təmsilçisini, İsveç isə aparıcılardan birini müəyyənləşdirib
# 29 yanvar 2013 16:14 (UTC +04:00)

Bakı. Ülkər Qasımova - APA. Danimarkanın “Eurovision-2013” mahnı müsabiqəsindəki təmsilçisi müəyyənləşib. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, Danimarkanı müsabiqədə Emmelie de Forest təmsil edəcək. Müğənni müsabiqə səhnəsində “Only Teardrops” mahnısını ifa edəcək. Təmsil və ifa olunacaq mahnı münsiflər heyəti və tamaşaçılar tərəfindən seçilib.

Bu ilin mayında Malmödə keçiriləcək müsabiqənin aparıcılarından biri də məlum olub. Bu, İsveçin tanınmış komediya aktrisası və aparıcı, 2005-ci ildən Paris və Stokholmda aktrisa kimi fəaliyyət göstərən Petra Mededir.

Müsabiqənin internet saytında o da qeyd olunub ki, Serbiya milli seçim komissiyasına bu ilki müsabiqə ilə bağlı 171 mahnı təqdim edilib. Mahnı qəbulunun müddəti başa çatdığından Serbiya seçim komissiyası təqdim edilmiş mahnıların müvafiq tələblərə cavab verilməsini müəyyənləşdirməkdədir.

Onlardan 15-i seçilərək Serbiyanın milli seçim müsabiqəsinin yarımfinalına, yarımfinaldan isə ilk 5-i finala təqdim ediləcək.


Serbiya milli seçiminin yarımfinalı martın 2-də, finalı isə martın 3-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR