Tərtər rayonunda partlamamış 122-mm top mərmisi aşkar edilib

Tərtər rayonunda partlamamış 122-mm top mərmisi aşkar edilib
# 04 iyun 2016 19:51 (UTC +04:00)

Bakı-APA. Tərtər rayonunda partlamamış top mərmisi aşkarlanıb. APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) hesabatında bildirilir.

Məlumata görə, iyunun 4-də Tərtər rayonunun Şıxarx kəndində bir partlamamış 122 millimetrlik top mərmisi, Cəmilli kəndində isə 3 qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb.

Ümumilikdə, agentlik tərəfindən aprelin 7-dən iyunun 4-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 573 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 21 fermaya, əkin sahələrinə və 1 şərab zavodu ərazisinə baxış keçirilib. 1493 partlamamış hərbi sursat, 11 piyada əleyhinə, 3 piyada əleyhinə POMZ-2 və 6 tank əleyhinə minalar aşkarlanaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR