“İcraçı Kredit Agentliyi”nin müflis elan edilməsi ilə bağlı növbəti məhkəmə baxışının vaxtı məlum olub

“İcraçı Kredit Agentliyi”nin müflis elan edilməsi ilə bağlı növbəti məhkəmə baxışının vaxtı məlum olub
# 10 sentyabr 2016 07:55 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “İcraçı Kredit Agentliyi”nin müflis elan edilməsi ilə bağlı növbəti məhkəmə baxışının vaxtı məlum olub.

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, məhkəmə baxışı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, 8 ünvanında yerləşən inzibati binasında sentyabrın 15-də saat 16:30-da keçiriləcək.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti “İcraçı Kredit Agentliyi” MMC bank olmayan kredit təşkilatının müflis elan edilməsi və əmlak inzibatçısı təyin edilməsi tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR