Ötən il Azərbaycanda ticarət obyektlərində 2340-dan artıq qanun pozuntusu qeydə alınıb

Ötən il Azərbaycanda ticarət obyektlərində 2340-dan artıq qanun pozuntusu qeydə alınıb
# 15 mart 2013 08:13 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən ticarət obyektlərində aparılan yoxlamalar zamanı 2340-dan artıq qanun pozuntusu qeydə alınıb.

APA-Economics”in xəbərinə görə, bunu Dövlət Xidmətinin rəisi Zahid İsayev bildirib.

Onu sözlərinə görə, ticarət obyektlərində keyfiyyətsiz, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan və ya mənşəyi məlum olmayan 84,6 ton ərzaq və 1,7 tondan artıq qeyri-ərzaq məhsulları aşkarlanaraq satışdan çıxarılıb: “Nəticədə bu ticarət obyektləri 2,7 mln. manat məbləğində cərimələnib”.

Z.İsayev onu da bildirib ki, qanun pozuntuları həmçinin endirim kampaniyası keçirən ticarət obyektlərində də qeydə alınıb. Belə ki, endirim kampaniyası çərçivəsində ticarət obyektlərinin bir neçəsi endirim şərtlərinə riayət etmir və ya endirimlər göstərilən endirim elanına uyğun deyil.

Qeyd edək ki, bu gün Ümumdünya İstehlakçıların Hüquqlarını Müdafiəsi günüdür. Bu gün Azərbaycanda da qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR