Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 10 Sentyabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 10 Sentyabr
# 10 sentyabr 2016 18:10 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Qurban bayramı insanların nəfsinin, paylaşmaq hissinin sınağa çəkildiyi gündür. Bu bayram insanlara malik olduqları, əlləri çata bilən nemətləri başqaları ilə bölüşməyə, yarım etməyə imkan verir. İldə cəmi bir gün hər kəs bizim kimi yaşamır, bizim üçün əlçatan nemətlər başqaları üçün əlçatmazdır deyə düşünmək şansımız var. Adət-ənənə, islam dininin tələbləri öz yerində, bir gerçək var - insan paylaşmağı, əvəzsiz yardım etməyi bacardıqca vicdanı rahatlıq tapır. Qurban bayramına bu cür yanaşmaq lazımdır. Və bu bayram qəti şəkildə ət bayramı, ət yemək bayramı deyil. Qurban kəsib, ətini soyuducuya yığıb bir ay, iki ay yemək niyyətinin bu bayrama, onun mahiyyətinə, gözəlliyinə aidiyyəti yoxdur. Bayramın mahiyyəti insanları bir-birinə yardım etməsindədir. Bayramınız mübarək olsun, Allah kəsdiyiniz qurbanları qəbul etsin!

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR