Paşha Bank
Bank Of Baku

Ermənistanın təqdim etdiyi itkin düşdüyü bildirilən 50 şəxsin DNT profili ilə tapılan qalıqlar arasında uyğunluq olmayıb

Ermənistanın təqdim etdiyi itkin düşdüyü bildirilən 50 şəxsin DNT profili ilə tapılan qalıqlar arasında uyğunluq olmayıb
# 07 oktyabr 2026 10:24 (UTC +04:00)

Azərbaycan azad edilmiş ərazilərdə aşkarlanan və Ermənistan hərbçilərinə aid olduğu ehtimal edilən insan qalıqlarının eyniləşdirilməsi üçün Ermənistan tərəfinə müvafiq DNT nümunələrinin təqdim olunmasını təklif edib.

APA xəbər verir ki, bunu Bakıda keçirilən İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev deyib.

Komissiya sədri bildirib ki, Ermənistanın 2026-cı ilin yanvarında təqdim etdiyi, itkin düşdüyü bildirilən 50 erməni əsilli şəxsin DNT profilləri ilə aşkarlanmış qalıqlar arasında aparılan ekspertizalar zamanı uyğunluq müəyyən edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR