Bakıda İpək Yolu İşçi Qrupunun Toplantısı keçirilir

Bakıda İpək Yolu İşçi Qrupunun Toplantısı keçirilir
# 22 aprel 2013 07:14 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva – APA. Bakıda Ümumdünya Turizm Təşkilatının III BMÜTT İpək Yolu İşçi Qrupunun Toplantısı keçirilir.

APA-nın məlumatına görə, İpək Yolu üzərində davamlı turizmin inkişafının dəstəklənməsi və BMÜTT-nin İpək Yolu təşəbbüsü çərçivəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə keçirilən tədbirdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, BMÜTT-nin icraçı direktoru Zoltan Somogi, həmçinin BMÜTT, UNESCO, Turizm Bələdçiləri Assosiasiyalarının Ümumdünya Federasiyası (WFTGA), iştirakçı ölkələr və Azərbaycandan olan nümayəndələr iştirak edir.

Əvvəlcə BMÜTT-nin Baş Katibi Taleb Rifai video-mesajla çıxış edib. Çıxış edən nazir Əbülfəs Qarayev İpək Yolunun tarixən yeni-yeni əlaqələri, adət-ənənələri birləşdirdiyini söyləyib: “Bu gün biz ənənəvi yollarla bu yolun daha da inkişafına çalışırıq. Bu yolun inkişafı ölkələrə marketinq, sıx əməkdaşlıq gətirəcək. Bu əlaqələrdə Azərbaycanın da böyük əhəmiyyəti var. İpək Yolu təkcə bu konfransda iştirak edən ölkələr üçün yox, bütün turizm aləmi üçün önəmlidir”.

Tədbirdə 2013-cü il üçün İpək Yolu üzrə xüsusi turizm layihəsi təqdim olunacaq, layihənin planı, qısa və uzunmüddətli perspektivləri, iştirakçı ölkələrin maraqları, onlar üçün layihənin faydaları və s. məsələlər müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR