Nobel mükafatçıları Azərbaycan Tibb Universitetində olublar

Nobel mükafatçıları Azərbaycan Tibb Universitetində olublar
# 06 oktyabr 2014 07:22 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Tibb Universitetində (ATU) IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları, Nobel mükafatı laureatları – Ervin Neher və Kurt Vütrix ilə görüş keçirilib.

ATU-nun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə çıxış edən ATU-nun rektoru Əhliman Əmiraslanov Forumda müzakirə edilən mövzuların aktuallığından danışıb.

İon kanalları ilə bağlı apardığı tədqiqatlardan danışan almaniyalı Nobel mükafatçısı, professor Ervin Neyer bildirib ki, bu tədqiqatlar “insan biologiyası”nın öyrənilməsində, habelə bir sıra xəstəliklərlə mübarizədə böyük imkanlar açır.

Amerikalı Nobel mükafatçısı, professor Kurt Vütrix isə ötən əsrdəki fundamental tədqiqatların XXI əsrdə biologiya və tibbi diaqnostikada əhəmiyyətindən söz açıb. O, elmin qloballaşdığı bir dövrdə dünya alimləri arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Görüşdə qonaqlar universitet müəllimlərinin suallarını cavablandırıblar.

Daha sonra qonaqlar ATU-nun Tədris Cərrahiyyə Klinikası, klinikanın Təlim-Treninq Mərkəzi ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR