Bank Of Baku

Neft Emalı Zavodunda yeni bitum qurğusunun inşası sentyabrda yekunlaşacaq

Neft Emalı Zavodunda yeni bitum qurğusunun inşası sentyabrda yekunlaşacaq
# 23 aprel 2018 13:47 (UTC +04:00)

"Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) modernləşdirilməsi və yenidənqurma işləri çərçivəsində yeni bitum qurğusunun inşası bu ilin sentyabr ayında yekunlaşacaq".

 

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) strateji inkişaf üzrə vitse-prezidentinin müşaviri Teymur Əliyev bildirib.

 

"Yeni bitum qurğusunun detallı layihələndirmə, satınalma işləri yekunlaşıb. Bitum  qurğusunun inşası bu ilin sentyabr ayında tam yekunlaşacaq",- deyə o əlavə edib.

 

Qeyd edək ki, yeni bitum qurğusunun illik istehsal gücü 400 min ton olacaq və qurğuda “EN 40/60” markalı yüksək keyfiyyətli yol bitumu istehsal olunacaq.  Yeni bitum istehsalı qurğusunun təməlqoyma mərasimi Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 2016-cı il sentyabrın 19-da qoyulub. Yeni bitum istehsalı qurğusunun inşası Heydər Əliyev adına neft emalı zavodunda aparılacaq yenidənqurma tədbirlərinin ilkin mərhələsi olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR