Heydər Əliyev Sarayında “Bir millət, iki dövlət” adlı konsert keçiriləcək - FOTO

Heydər Əliyev Sarayında “Bir millət, iki dövlət” adlı konsert keçiriləcək - <span style="color: red;">FOTO
# 25 aprel 2013 09:13 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva - APA. Bakıda TRT-nin yaranmasının 49-cu ildönümü münasibətilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert proqramı təşkil ediləcək. TRT-nin Bakı təmsilçisi Yüksəl Dəyərcanın APA-ya verdiyi məlumata görə, “Bir millət, iki dövlət”’ adlı konsert mayın 1-də Heydər Əliyev Sarayında keçiriləcək.

Konsertdə “TRT Müzik” kanalının “Axşam Səfası” ansamblı, Azərbaycanda yaşayan türkiyəli opera sənətçisi Oya Ergün, muğam ustası Alim Qasımov və əməkdar artist Tünzalə Ağayeva çıxış edəcəklər.

Konsert TRT-nin 3 kanalı və İctimai Televizya ilə canlı yayımlanacaq.

Konsertdə TRT-nin baş direktoru İbrahim Şahin, siyasət, incəsənət, ədəbiyyat, media nümayəndələri, Azərbaycan və Türkiyə vətəndaşları iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR