ARDNŞ dizel yanacağının ixracını 24% azaldıb

ARDNŞ dizel yanacağının ixracını 24% azaldıb
# 01 dekabr 2014 15:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin noyabr ayında 60 477 ton dizel yanacağı ixrac edib.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,4% azdır.

Ötən ay 17 255 ton təyyarə yanacağı ixrac edilib ki, bu da 2013-cü ilin noyabr ayı ilə müqayisədə 2,3 dəfə çoxdur. Noyabr ayında həmçinin 33,5% az və ya 119 ton soba mazutu ixrac edilib.

Ümumilikdə, bu ilin yanvar-noyabr ayları ərzində 9 332 ton avtomobil benzini ixrac edilib. Bu, ötən ilin eyni dövrə ilə müqayisədə 34,2% azdır.

Bu müddət ərzində ölkədən 886 520 ton dizel yanacağı ixrac edilib ki, bu da 2013-cü ilin 11 ayı ilə müqayisədə 7,5% çoxdur.

Bu ilin yanvar-noyabr aylarında ARDNŞ tərəfindən 51,9% çox və ya 176 110 ton təyyarə yanacağı və 18,2% az və ya 537 ton soba mazutu ixrac edilib.

Bu ilin noyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 732,33 dollar, təyyarə yanacağının - 750,48 dollar, dizel yanacağının - 694,86 dollar, 1% kükürdlü mazutun qiyməti 424,50 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR