Hesablama Palatası Bakı şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsində yoxlama aparacaq

Hesablama Palatası Bakı şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsində yoxlama aparacaq
# 23 oktyabr 2014 12:39 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Hesablama Palatasının Kollegiya iclası keçirilib.

APA-nın məlumatına görə, Kollegiya iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekologiya Monitorinq İdarəsinə və Dövlət Ekspertiza İdarəsinə dövlət büdcəsindən ayrılan və büdcədənkənar (xüsusi) vəsaitlərin, eləcə də Dövlət Ekspertiza İdarəsi tərəfindən büdcədənkənar (xüsusi) vəsaitlərin və dövlət rüsumlarının hesablanması və ödənilməsinin qanunvericiliyə uyğunluğuna, həmçinin dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Ağdaş rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə dair audit tədbirlərinin nəticələri barədə hesabat və rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb. Eyni zamanda Kollegiyada Bakı şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsinin maliyyə-təsərrüfat əməliyyatlarının, eləcə də dövlət gəlirlərinin yığılmasının və dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna dair audit proqramı müzakirə edilərək təsdiq olunub, cari məsələlərə baxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR