İtalyan motosikletçi Azərbaycanda qəzaya uğrayıb

İtalyan motosikletçi Azərbaycanda qəzaya uğrayıb
# 28 avqust 2015 15:26 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Bakı-Qazax magistral yolunda motosiklet qəzaya uğrayıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə magistral yolun Azərbaycanın Göygöl rayonu, Balçılı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İtaliya vətəndaşı, 1955-ci il təvəllüdlü Zaqari Kristiana motosikletlə hərəkətdə olarkən idarəetməni itirib, nəqliyyat vasitəsi yolun kənarındakı beton dirəyə çırpılıb. Qəza nəticəsində 60 yaşlı qadın döş qəfəsinin küt travması, sol baldırın və diz qapağının sınığı xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən qadının vəziyyəti orta-ağır qiymətləndirilir.

Məlumata səyahətçilər 3 nəfər olub. Onlar motosikletlə dünya turuna çıxıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR