Gənc Tamaşaçılar Teatrında mövsümün son tamaşasının ictimai baxışı olacaq

Gənc Tamaşaçılar Teatrında mövsümün son tamaşasının ictimai baxışı olacaq
# 08 iyul 2014 16:53 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. İyulun 16-da Gənc Tamaşaçılar Teatrında 86-cı mövsümün son tamaşasının - “Qoğalın nağılı”nın ictimai baxışı olacaq.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Pərvin Nurəliyevanın eyniadlı pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradovadır.

Tamaşada Günel Məmmədova, Zülfiyyə Alhüseynova, Roza İbadova, Anar Seyfullayev, Araz Pirimov, Ramil Məmmədov, Müşfiq Əliyev, Eşqin Quliyev əsas rolları canlandıracaq.

Qeyd edək ki, teatrın yeni – 87-ci mövsümünün ilk yeni tamaşası da “Qoğalın nağılı” olacaq. Yeni tamaşanın premyerası oktyabrın 11-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR