Azərbaycan Konqreslər Bürosunun "Açıq qapılar" üzrə ilk tədbiri keçiriləcək

Azərbaycan Konqreslər Bürosunun "Açıq qapılar" üzrə ilk tədbiri keçiriləcək
# 02 sentyabr 2014 09:44 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Sentyabrın 4-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun "Açıq qapılar" üzrə ilk tədbiri keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, tədbir Büroya üzv olan mehmanxana və turizm fəaliyyəti ilə məşğul olan şirkətləri, Azərbaycanın biznes turizmi sahəsində çalışan müxtəlif şirkət və firmaları bir araya gətirəcək.

Mərasimdə Büroya üzv olmaq istəyən şirkət və mehmanxanalara, eləcə də biznes turizmi bazarının digər iştirakçılarına Büroya üzvlüyün açacağı imkanlar təqdim olunacaq.

Nazirlikdən bildiriblər ki, büronun üzvlərindən "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Arif Məmmədov və "JW Marriott Hotel Absheron Baku" mehmanxanasının baş direktoru Martin Kleinmann tədbirdə çıxış edərək, Büro ilə əməkdaşlıqları barədə öz təcrübələrini bölüşəcəklər.

Tədbirə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sədrlik edəcək.

Qeyd edək ki, Büronun üzvləri sırasında ölkənin biznes turizmində aparıcı mövqe tutan 14 şirkət var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR