Son 5 ildə Azərbaycanda internet xidmətləri bazarının həcmi 4 dəfə artıb

Son 5 ildə Azərbaycanda internet xidmətləri bazarının həcmi 4 dəfə artıb
# 05 avqust 2014 08:55 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Son 5 ildə Azərbaycanda internet xidmətləri bazarının həcmi 4 dəfə artıb.

APA-Economics”in xəbərinə görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən nəşr olunan “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi - 2013” adlı illik hesabatda milli internet seqmentinin inkişafı ilə bağlı məlumatlar yer alıb.

Hesabatda qeyd olunur ki, 2013-cü ildə internet bazarının həcmi 128,9 mln. dollara çatıb. Əvvəlki il ilə müqayisədə real ifadədə artım 45% təşkil edib.

2013-cü ildə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 73, genişzolaqlı internet istifadəçilərinin sayı isə 55 nəfər olub.

“Son 5 il ərzində internet qiymətləri 12,5 dəfə azalıb. İnternet qiymətlərinin azalması xidmətə tələbatı, bu isə öz növbəsində beynəlxalq internet kanallarının həcminin artımını təmin edib. Son 5 ildə hər 100 internet istifadəçisinə düşən beynəlxalq kanal tutumu 14,4 dəfə artaraq 324 kbit/s-dan 4650,7 kbit/s-ya çatıb”, - deyə hesabatda vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR