Bu gün rezidenturaya qəbul olunanların qeydiyyatı başlayıb

Bu gün rezidenturaya qəbul olunanların qeydiyyatı başlayıb
# 22 iyul 2015 08:43 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün 2015/2016-cı tədris ili üçün rezidenturaya qəbul olunanların qeydiyyatı başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qeydiyyat iyulun 28-dək davam edəcək.

Məlumatda bildirilir ki, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə qəbul olmuş şəxslər Müdafiə Nazirliyinə, Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan Dövlət Universitetinə, Azərbaycan Tibb Universitetinin mülki ixtisaslarına və digər tibb müəssisələrinə qəbul olmuş şəxslər Səhiyyə Nazirliyinə iş nömrəsi, şəxsiyyət vəsiqəsi və onun surəti, Ali tibb təhsili haqqında sənəd (diplom) və onun surətini təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, namizədin bu müddətdə qeydiyyatdan keçmə­məsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR