Nazir: “Bakıda keçirilən beynəlxalq tədbir İslam ölkələrində gənclər və qadınların işsizlik problemlərinin həllinə xidmət edir” - APA TV

Nazir: “Bakıda keçirilən beynəlxalq tədbir İslam ölkələrində gənclər və qadınların işsizlik problemlərinin həllinə xidmət edir” - <span style="color: red;">APA TV
# 23 aprel 2013 08:25 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycanda işinə başlayan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirliklərinin yüksək səviyyəli rəsmilərinin iclası İslam ölkələri arasında bir sıra məsələlərin həll olunmasına xidmət edir.

APA-nın xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov jurnalistlərə açıqlamasında deyib ki, konfransın keçirilməsində məqsəd İslam ölkələri arasında gənclər və qadınların işsizlik problemlərinin həlli, əmək bazarının yüksəlməsi, iqtisadiyyatın yüksələn əmək bazarının tələblərinə cavab verməsi üçün əməkdaşlığın yaradılmasından ibarətdir.

Nazirin sözlərinə görə, tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı təşəbbüs 2011-ci ildə əmək nazirlərinin birinci konfransında irəli sürülüb: “Həmin zaman iştirakçı dövlətlər bu təşəbbüsə səs veriblər. Azərbaycanda keçirilən konfrans çərçivəsində bu gün və sabah ayrı-ayrı ölkələrin əmək nazirlərinin yüksək səviyyəli rəsmilərinin ayrı-ayrı təqdimatları olacaq. Bu təqdimatlar müasir dünyanın bu məsələlərə olan çağırışları olacaq. Azərbaycanın da bu məsələlərlə bağlı qarşıda ambioz planları var və bizim təcrübəmiz də digər dövlətləri maraqlandırır. Hesab edirəm ki, bu konfrans gələcəkdə bütün müsəlman dövlətlərində bu sahəyə koordinasiya gətirəcək. Tədbirdə əsas prioritetlər müasir dünyada əmək bazarına olan tələbatlarının çevik şəkildə ödənilməsi, qadınların, gənclər arasında işsizlik problemlərinin həlli, təhsillə əmək bazarının bir-birinə uyğunluğu, iqtisadiyyatın tələblərinə əmək bazarının cavab verməsi və digər məsələlərdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR