Bakı-Poti konteyner qatarının hərəkətinin fəaliyyəti bərpa olunub

Bakı-Poti konteyner qatarının hərəkətinin fəaliyyəti bərpa olunub
# 17 iyul 2014 10:19 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanla Gürcüstan Poti-Bakı marşrutu üzrə konteyner qatarı hərəkətini bərpa edib. 25 konteyner vaqonundan ibarət olan ilk qatar bu gün Keşlə stansiyasına çatıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun “APA-Economics”ə verdiyi məlumata görə, qatarın təntənəli qarşılanma mərasimində nəqliyyat nazirinin müavini Musa Pənahov çıxış edərək, ölkələrimiz arasında əlaqələrin daha da intensiv şəkildə inkişaf etməsi, nəqliyyat əlaqələrinin genişləndirilməsindən danışaraq bildirib ki, Bakı-Poti konteyner qatarının fəaliyyətinin bərpa edilməsi yük daşımalarının intensivləşməsinə yeni stimul verəcək.

«Gürcüstan Dəmir Yolları» QSC-nin icraçı direktoru Mamuko Baxtadze çıxışında Bakı-Poti konteyner qatarının fəaliyyətə başlamasını mühüm hadisə adlandırıb.

"Azərbaycan Dəmir Yolları" QSC və "Gürcüstan Dəmir Yolları" QSC-nin törəmə strukturu olan "Trans Caucasus Terminals LLJ" şirkəti arasında əldə olunan saziş əsasında konteynerlərin nəql olunmasını təmin edəcək.

Konteyner qatarının öz işinə başlaması ilə qəbul edən tərəf öz yükünü 34 saat ərzində ala bilər. Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərov iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR