Azərbaycan tütün məhsullarının idxalını artırıb

Azərbaycan tütün məhsullarının idxalını artırıb
# 26 fevral 2013 14:01 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycandan tütün ixracı 21% artıb.

Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yanvarda Azərbaycandan xaricə 438,93 min dollarlıq tütün və tütün əvəzediciləri ixrac edilib ki, bu da ötən ilin yanvarına nisbətən 21,24% artıqdır.

Hesabat ayında xaricdən Azərbaycana 20 867,48 min dollarlıq tütün və əvəzediciləri gətirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə tütün məhsullarının idxalı 6,04% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR