Gəncədə maşın dərəyə aşıb, 3 nəfər xəsarət alıb - FOTO - VİDEO

Gəncədə maşın dərəyə aşıb, 3 nəfər xəsarət alıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 17 avqust 2015 14:23 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhərinin şərq çıxışında avtomobil aşıb, yaralılar var. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə saat 16 radələrində Gəncə Avtovağzalının yaxınlığında qeydə alınıb. Hərəkətdə olan 20 DH 426 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı avtomobil yolun kənarında olan dərəyə aşıb. Qəza nəticəsində 3 nəfər - 23 yaşlı Ümid Əliyev, 30 yaşlı Elşad Cəfərov və 33 yaşlı Ramin Babayev müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Yaralılardan R. Babayev Bakıda olan xəstəxanaların birinə göndərilib. Digər iki nəfərin vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR