Dövlət Sərhəd Xidmətinin rəisi Xudatda vətəndaşları qəbul edib - VİDEO

Dövlət Sərhəd Xidmətinin rəisi Xudatda vətəndaşları qəbul edib - <span style="color: red;">VİDEO
# 09 iyul 2015 07:58 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev iyulun 9-da Xudat Sərhəd Dəstəsində Quba, Qusar, Xaçmaz və Şabran rayonlarından olan vətəndaşları qəbul edib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəbul zamanı vətəndaşların DSX-də xidmətə qəbul, sosial müavinətlərin verilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial-məişət problemlərinin həlli və digər məsələlərlə bağlı müraciətlər dinlənilib.

Qaldırılan məsələlər DSX-nin müvafiq struktur qurumlarının rəhbərlərinin iştirakı ilə araşdırılıb və konkret tapşırıqlar verilib. Əksər məsələlər yerindəcə həll olunub.

DSX-nin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyatı qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və baxılmasının təşkili üçün nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR