Gürcüstanın baş naziri 100 gün ərzində görülən işlər barədə hesabat verəcək

Gürcüstanın baş naziri 100 gün ərzində görülən işlər barədə hesabat verəcək
# 04 fevral 2013 12:51 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Fevralın 5-də Gürcüstanın baş naziri Bidzina İvanişvili ötən 100 gün ərzində görülən işlər haqqında ictimaiyyətə hesabat verəcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında parlamentin İnsan haqlarının müdafiəsi və vətəndaş inteqrasiyası komitəsinin sədri Eka Beseliya bildirib. O deyib ki, bu hesabat maraqlı təqdimat olacaq: “Baş nazir 100 gün ərzində həyata keçirilmiş işlər haqqında hesabat verməyə hazırlaşır. O, indiyədək əldə edilən nəticələr haqqında danışacaq. Hələ qarşıda çox işlər var, amma əhali görür ki, 100 gün ərzində çox vacib nəticələr əldə edilib. Biz qıca müddət ərzində çox vacib işlər görmüşük. İlk öncə, biz ölkədə situasiyanı sabit saxlaya bildik, bu bizə real demokratik institutların və güc strukturlarının siyasətdən kənarlaşdırılması imkanı verir. Bundan başqa, yeni hakimiyyət yeni büdcənin həyata keçirilməsinə başlayır. Bir müddət sonra əhali yeni hakimiyyətin gəlişi ilə rifah səviyyəsinin yüksəlişini hiss edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR