Polşa hotelləri futbol üzrə Avropa çempionatı ərəfəsində qiymətləri aşağı salıb

Polşa hotelləri futbol üzrə Avropa çempionatı ərəfəsində qiymətləri aşağı salıb
# 24 may 2012 13:23 (UTC +04:00)
Bakı - APA-Economics. Polşa hotelləri iyunun 8-də başlayacaq futbol üzrə Avropa çempionatı ərəfəsində qiymətləri aşağı salıb.

APA-Economics”in “Rzeczpospolita” qəzetinə istinadən xəbərinə görə, buna səbəb ölkəyə gözlənilən sayda turistin gəlməməsidir.

Qəzet yazır ki, turnirin başlanmasına iki həftə qalsa da, Polşa hotellərində hələ bir neçə min yer satılmamış qalıb: “Varşavada dördulduzlu hoteldə iyunun 10-da gecələmək cəmi 65 dollara başa gələcək və bu cür təkliflər çox olacaq”.

Amma oyunlar keçiriləcək günlərdə bu qiymətlər baha (200 dollara yaxın) olacaq. Mütəxəssislər isə düşünürlər ki, çempionatın yaxınlaşması ilə hotellər qiymətləri hətta oyun günlərində də ucuz etməli olacaqlar.

Qeyd edək ki, futbol üzrə Avropa çempionatı iyulun 1-dək Polşa və Ukraynada keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR