® «Yapı Kredi» Azərbaycanı «Worldcard» ilə tanış edir

<font color=red>® </font>«Yapı Kredi» Azərbaycanı «Worldcard» ilə tanış edir
# 19 sentyabr 2012 07:23 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycanda 100% türk sərmayəsi ilə çalışan yeganə bank olaraq 1998-ci ildə qurulan və hazırda 12 şöbəsi ilə xidmət göstərən «Yapı Kredi», Azərbaycan kredit kartları bazarına da iddialı çıxıb. «Worldcard»ın Azərbaycandakı liderlik məqsəd və hədəflərini paylaşmaq üçün Bakıda keçirilən mətbuat konfransında «Yapı Kredi»nin baş direktoru Faik Açıkalın, «Yapı Kredi»nin icraçı direktoru və baş direktorun müavini Karlo Vivaldi, «Yapı Kredi»nin pərakəndə bankçılık üzrə baş direktor müavini xanım Nazan Somer və «Yapı Kredi Bank Azərbaycan»ın İdarə Heyətinin sədri Coşkun Bulak iştirak ediblər.
Azərbaycanın «Yapı Kredi» üçün xüsusi yerə malik olduğunu deyən F.Açıkalın bildirib ki, Azərbaycan zəngin enerji qaynaqları, dinamik və böyüyən iqtisadiyyatı ilə bank üçün strateji əhəmiyyətə malikdir. «Yapı Kredi» olaraq Azərbaycana 1998-ci ildə 100% türk sərmayəsi ilə işləyən bank olaraq gəldik. Avqustun sonunadək aktivlərimizin həcmi 288,3 mln. dollara çatıb. Bu uğurumuz bizə ən qiymətli məhsullarımızdan olan «Worldcard»ı, bazarını çox yaxşı tanıdığımız qardaş ölkə olan Azərbaycana gətirməkdə də təkan verən bir güc olub», - deyə o bildirib.

«İndi isə azərbaycanlı dostlarımızı kart ilə ödəmə sistemləri sahəsinin ən son istifadə imkanları ilə tanış etməyə hazırlaşırıq. «Worldcard» Azərbaycan iqtisadiyyatına da yeni bir hərəkət və dinamiklik qatacaq. «Yapı Kredi» olaraq kartlı ödəmə sistemləri sahəsində 23 illik təcrübəmizlə bu bazarda da bir çox müvəffəqiyyətə imza atacağımıza inanıram. «Worldcard» ilə Azərbaycandakı ödəniş sistemlərinin inkişaf etdirilməsində də rol oynayacağıq. Bu bazarda infrastrukturun formalaşdırılması üçün lazım olan əlavə dəyərləri yaradacaq, bütün tədris işlərini təmin edəcəyik. Bu işdə 2011-ci ildə bir hissəsi Azərbaycanda qurulmuş «Yapı Kredi» Bank Akademiyamızdan faydalanacağıq», - deyə F.Açıkalın bildirib.

N.Somer Azərbaycanda iyulun sonunadək 279 min ədəd kredit kartının olduğunu, plastik kartlar üzrə illik əməliyyat həcminin isə iyulun sonuna 811 mln. manat səviyyəsində olduğunu söyləyib. Azərbaycan əhalisinin böyük hissəsinin ticarət obyektləri də daxil olmaqla nağd istifadəni seçim etdiyini, buna paralel olaraq kredit kartı qəbul məntəqələrinin də xeyli məhdud sayda olduğunu ifadə edən N.Somer «Worldcard»ın Azərbaycanda tanınması hazırda 16% ətrafında olduğunu deyib. «Bu gün reallaşdırdığımız buraxılış ilə çox sürətli bir böyümə əldə edərək, 2013-cü ilin sonunda bazarı da böyüdərək, «Worldcard»ların sayını 150 mindən daha çoxaltmağı planlaşdırırıq. Bazarın formalaşması, hissə-hissə ödəniş, bal qazanma, nağd avans kimi faydalarının başa düşülməsi və üzv ticarət obyektlərinin çoxalması ilə birlikdə dövriyyəmizin də artacağına inanırıq. Gələn ilin sonuna qədər əməliyyat həcmi hədəfimiz 228 mln. dollar ətrafındadır. Bu rəqəmin buraxılışımızın ikinci ilində 534 mln. dollara çatacağını gözləyirik.
«Worldcard»ın təqdim edəcəyi bir çox imkanın, xüsusilə də pərakəndə bölməsi ilə quracağı yaxın əməkdaşlığın çox qısa müddətdə bölməni də formalaşdıracağını düşünürük. Ölkəmizdə olduğu kimi, «Worldcard»ın, Azərbaycan bazarında da liderliyi boynuna götürəcəyinə inanır, hamımıza xeyirli və uğurlu olmasını diləyirəm», - deyib o bildirib.

C.Bulak bankın 12 filial və 380-dən çox işçi ilə, həm təşkilati həm də fərdi bankçılıq sahəsində fəaliyyətlərini güclü bir şəkildə davam etdirdiyini və ilin sonunadək filialların sayını 14-ə çatdıracağını bildirib. «İki mindən çox təşkilati, 48 min fərdi müştəriyə xidmət göstərən «Yapı Kredi Bank Azərbaycan» olaraq böyüməkdə davam edirik. İndi isə «Worldcard»ın bazara çıxarılması ilə birlikdə fərdi bankçılıq sahəsində də nə qədər iddialı olduğumuzu göstərəcəyik. Bundan başqa «Worldcard» ilə Azərbaycanda ödəniş sistemlərinin inkişaf etdirilməsi
üçün lazımi bazanı formalaşdıracağıq», - deyə bildirib.

WORLDCARD MƏHSUL XÜSUSİYYƏTLƏRİ

• Worlcard hissə-hissə alış-veriş etmə imkanları təqdim edir;

• Kart sahibləri etdikləri alış-verişlərdən bal qazanırlar;

• Qazanılan bu balları Worldcard üzv ticarət obyektlərində nağd olaraq xərcləyə biləcəklər;

• Worldcard eyni zamanda nağd avans çəkmək, internetdə təhlükəsiz alış-veriş üçün virtual kart, kart sahiblərinin yaxınları üçün əlavə kart və bəzi xüsusi assistent xidmətləri də verir;

• Worldcardın təklif etdiyi fürsətlər yalnız Azərbaycanla məhdudlaşmır;

 Platin Worldcard sahibləri daimi olaraq, Klasik və Gold Worldcard sahibləri də kampaniya dövrlərində ölkədən xaricdə edəcəkləri alış-verişlərdə hissə-hissə ödəniş və bal qazanma kimi xüsusiyyətlərdən yararlanırlar.

• Yapı Kredi Worldcard hazırda 50-dən çox marka ilə əməkdaşlıq edir.

Worldcard bu 50 markaya aid 200-ə yaxın üzv ticarət obyektində xüsusi imkanlarla alış-veriş fürsətləri təqdim edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR