Azərbaycan prezidenti Bakı Metropoliteni işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb - SİYAHI

Azərbaycan prezidenti Bakı Metropoliteni işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb - <font color=red>SİYAHI</font>
# 07 noyabr 2012 16:15 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev Bakı Metropoliteninin bir qrup işçisinin təltif edilməsi haqqında sərəncam imzalayıb. “APA-Economics”in məlumatına görə, sərəncamda deyilir ki, Bakı Metropoliteninin istismarında səmərəli fəaliyyətinə görə təltif edilsinlər:

"Şöhrət" ordeni ilə

Əliyev Əli Hüseyn oğlu
Əliyev Fikrət Ağa Səlim oğlu
Mustafayev Natiq Mustafa oğlu.

"Tərəqqi" medalı ilə

Ağayev Əhmədağa Ağamehdi oğlu
Aydınov Fəxrəddin Əhməd oğlu
Cəbiyev Sabir Yaqub oğlu
Əliyev Azər Aydın oğlu
Göyçayev Akif Ağasəf oğlu
Hümbətov Humay İsmayıl oğlu
Xalafli Larisa Lvovna
Xəlilova Yavər Ağasəf qızı
Qənizadə Mütəllim Qafar oğlu
Lətifov Ənvər Bəyməmməd oğlu
Məhərrəmov Oqtay Talıb oğlu
Məmmədov Hidayət Mahmud oğlu
Mürşüdov Nəbi Süleyman oğlu
Nəsirov Amil İslam oğlu.

Azərbaycan prezidenti Bakı Metropoliteninin istismarında səmərəli fəaliyyətinə görə Lidiya Qriqoryevna Muzıçenko və Akif Mahdi oğlu Zeynalova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilməsi haqqında da sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Bakı Metropoliteninin bir qrup işçisinə “Əməkdar mühəndis” fəxri adı verilib. Sərəncamda bildirilir ki, Bakı Metropoliteninin istismarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:

Osmanov Əlixan Qədiroviç
Rəsulov Arif Yunis oğlu
Tağı-zadə Fuad Çingiz oğlu.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR