Şahmat üzrə Dünya Kuboku və Ümumdünya Şahmat Olimpiadasının Azərbaycanda keçirilməsi məsələsi Türkiyədə müzakirə olunacaq

Şahmat üzrə Dünya Kuboku və Ümumdünya Şahmat Olimpiadasının Azərbaycanda keçirilməsi məsələsi Türkiyədə müzakirə olunacaq
# 06 sentyabr 2012 13:07 (UTC +04:00)
Bakı – APA. Gənclər və idman naziri Azad Rəhimovun sentyabrın 6-da Türkiyəyə rəsmi səfəri başlayır. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, sentyabrın 7-9-da İstanbulda keçiriləcək Beynəlxalq Şahmat Federasiyasının Baş Assambleyasında 2015-ci ildə şahmat üzrə Dünya Kuboku yarısının, 2016-cı ildə isə 42-ci Ümumdünya Şahmat Olimpiadasının Bakıda keçirilməsi ilə əlaqədar təqdimat və nazirin çıxışı nəzərdə tutulub.

Səfər sentyabrın 9-dək davam edəcək.

Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinovun Bakıya səfəri zamanı Azərbaycanda 2015-ci ildə şahmat üzrə Dünya Kuboku yarısının, 2016-cı ildə isə 42-ci Ümumdünya Şahmat Olimpiadasının keçirilməsi barədə ilkin razılığa gəlinib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR