İrakli Alasaniya: “Gürcüstan və Azərbaycan bir-birindən ayrı yaşaya bilməz” - EKSKLÜZİV

İrakli Alasaniya: “Gürcüstan və Azərbaycan bir-birindən ayrı yaşaya bilməz” - <font color=red>EKSKLÜZİV</font>
# 08 oktyabr 2012 12:32 (UTC +04:00)
Əlbəttə, bu strateji əməkdaşlıq və qardaşlıq münasibətlərimiz getdikcə daha da dərinləşəcək. Biz bir-birimizdən ayrı yaşaya bilmərik. Mən çox şad olaram ki, azərbaycanlı həmkarımla görüş imkanı əldə edim. Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bizim münasibətlərimiz daha çox dərinləşəcək”. Bu sözləri APA-ya açıqlamasında Gürcüstanın yeni hökumətində baş nazirin müavini və müdafiə naziri vəzifəsinə təqdim olunan İrakli Alasaniya deyib.

İ. Alasaniya Gürcüstanda yaşayan azərbaycanlıların Gürcüstan cəmiyyətinə sürətlə inteqrasiya olunacağını bildirib: “Onlar bizim vətəndaşımızdır. Biz azərbaycanlıları çox sevir və onlara böyük hörmət bəsləyirik. Onlar bizim cəmiyyətdə gedən inteqrasiya prosesində daha fəal olacaqlar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR