Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiya yaradılacaq

Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiya yaradılacaq
# 12 sentyabr 2012 09:07 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycanın Monteneqrodakı səfiri Eldar Həsənov bu ölkənin xarici işlər və Avrointeqrasiya naziri Neyboş Kaluceroviçlə görüşüb. APA-nın Monteneqro Xarici İşlər və Avrointeqrasiya Nazirliyinə istinadən verdiyi məlumata görə, görüş zamanı tərəflər ölkələr arasında ikitərəfli əlaqələrin inkişafını müzakirə ediblər.

E. Həsənov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kumborda həyata keçirdiyi investisiya layihəsini xüsusi qeyd edib və bildirib ki, bu layihə digər şirkətlər üçün də stimul olacaq. O, Azərbaycan vətəndaşları üçün viza rejiminin ləğvi barədə Monteneqro hökumətinin qərarını alqışlayıb.

N. Kaluceroviç isə iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyinə toxunaraq bəyan edib ki, tezliklə iki ölkə arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiya yaradılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR