Azərbaycan qızıl və gümüş hasilatını azaldıb

Azərbaycan qızıl və gümüş hasilatını azaldıb
# 22 fevral 2012 13:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda 132 kq qızıl hasil edilib ki, bu da 2011-ci ilin yanvar ayına nisbətən 18,5% azdır.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bununla yanaşı, hesabat ayında ölkədə 130 kq gümüş hasil edilib ki, bu da ötən ilin yanvar ayına nisbətən 34,7% azdır.

Cari ilin fevralın 1-nə Azərbaycanda qızılın hazır məhsul ehtiyatı 37,1 kq, gümüşün isə 29,4 kq olub.

Ümumiyyətlə, 2012-ci ilin yanvar ayında 262 kq qiymətli metal filizləri və konsentratlar hasil olunub ki, 2011-ci ilin analoji ayı ilə müqayisədə bu göstərici 27,6% azalıb.

Xatırladaq ki, qızıl ehtiyatları Azərbaycanda hasil olunan qızılın alınması və onun İsveçrədə emal edilməsindən sonra əldə olunan qızılın hesabına formalaşır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR