Ombudsman nümayəndələri Tovuz, Şəmkir və Gədəbəy polis şöbələrinin təcridxanalarında pozuntular aşkar ediblər

Ombudsman nümayəndələri Tovuz, Şəmkir və Gədəbəy polis şöbələrinin təcridxanalarında pozuntular aşkar ediblər
# 06 iyun 2012 14:25 (UTC +04:00)
Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, MPM qrupunun üzvləri adı çəkilən MST-lərdə saxlanılan şəxslərlə söhbət aparmış, onlara hüquqlarını izah ediblər. Onlar bu müəssisələrdə saxlanma şəraitini və rəftarı araşdırıb, saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olublar. Saxlanılan şəxslər müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan narazılıq etməyiblər.

Qeyd olunub ki, Göygöl və Samux RPŞ-lərin MST-ləri yeni istifadəyə verilib və müasir standartlara uyğundur. Həmçinin Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz RPİ-nin MST-si hazırda sökülmüş və standartlara uyğun yenidən inşa edilir.

Eyni zamanda Tovuz, Şəmkir və Gədəbəy RPŞ-lərin MST-lərində araşdırma zamanı saxlanma şəraiti və sənədləşmə ilə bağlı pozuntular aşkar edilib. Ombudsman həmin məsələlərlə əlaqədar daxili işlər nazirinə müraciət edərək, pozuntulara yol vermiş şəxslərin qanunvericilik çərçivəsində cəzalandırılmasını tövsiyə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR