AFFA Dubaya gedən məşqçilərin adlarını açıqladı

AFFA Dubaya gedən məşqçilərin adlarını açıqladı
# 13 fevral 2012 13:14 (UTC +04:00)
Bakı – APA. AFFA-nın Premyer Liqada çıxış edən bütün klubların baş məşqçilərini millimizin Dubay şəhərindəki təlim-məşq toplanışına aparmaq istəyi baş tutmayacaq. Apasport.az saytının məlumatına görə, 12 klubdan heç də hamısının çalışdırıcısı Asiya ölkəsinə yollanmayacaq.

Belə ki, AFFA-nın təklifi ilə Dubaya getmək üçün hələlik yalnız 6 klub öz baş məşqçisinin sənədlərini təqdim edib: “İnter” (Kaxaber Sxadadze), AZAL (Rafiz Mirzəyev), “Sumqayıt” (Bernhard Raab), “Xəzər Lənkəran” (Cüneyt Biçər), “Rəvan” (Bəhmən Həsənov), “Kəpəz” (Fuad İsmayılov).

Bundan başqa, “Neftçi” Böyükağa Hacıyevin, “Qəbələ” isə Fatih Kavlakın Asiya ölkəsinə yollanması üçün sənəd təqdim etməsə də, bunu təsdiqləyib. “Bakı”nın çalışdırıcısı Aleksandr Starkov isə eyni vaxtda işlədiyi Latviya yığması ilə iş başında olacağından, Dubaya gedə bilməyəcək.

Digər 3 klub isə yığma ilə bağlı təklifdən boyun qaçırmaq niyyətindədirlər. Bunlar “Qarabağ”, “Turan” və “Simurq”dur. Bu 3 komandanın baş məşqçiləri – müvafiq olaraq Qurban Qurbanov, Əsgər Abdullayev və Sergey Yuran millinin hazırlıqlarında iştirak etməyəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR