Qənirə Paşayeva Türkiyədə Şuşa ilə bağlı keçirilən konfransda çıxış edib

Qənirə Paşayeva Türkiyədə Şuşa ilə bağlı keçirilən konfransda çıxış edib
# 09 may 2012 09:35 (UTC +04:00)
Bakı – APA. Millət vəkili Qənirə Paşayeva TÜRKSAM-da Şuşa ilə bağlı keçirilən konfransda çıxış edib. APA-nın xəbərinə görə, tədbirdə ilk olaraq millət vəkili Qənirə Paşayevanın ideya müəllifi və baş məsləhətçisi olduğu “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin hazırladığı “Dağıdılmış mədəniyyət beşiyi – Şuşa” filmi nümayiş etdirilib. Filmin nümayişindən sonra Türkiyə Böyük Millət Məclisinin üzvü, TÜRKSAM-ın prezidenti Sinan Oğan Ermənistanın 20 il əvvəl Azərbaycanın qədim Şuşa şəhərini işğal etməsi barədə geniş məlumat verib.

Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru, “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayeva çıxışında bildirib ki, Dağlıq Qarabağ və Şuşanın işğalı təkcə Azərbaycanın deyil, Türkiyə və bütün türk dünyasının problemidir. O, Türkiyə mətbuatına müraciət edərək Ermənistanın Şuşada və işğal etdiyi digər Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılmasında daha fəal rol oynamağa çağırıb.

Tədbir çərçivəsində “Dağıdılmış mədəniyyət beşiyi – Şuşa” filminin və Xocavənd rayon İcra Hakimiyyətinin Q. Paşayevanın “Ruhum Qarabağlıdır” şeirlər silsiləsi əsasında hazırladığı “Ruhum Qarabağlıdır” filminin nüsxələri və Şuşa ilə bağlı materiallar tədbir iştirakçılarına paylanılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR