FHN ötən il Azərbaycanda 910 obyektdə tikintini müvəqqəti dayandırıb

FHN ötən il Azərbaycanda 910 obyektdə tikintini müvəqqəti dayandırıb
# 07 mart 2012 08:37 (UTC +04:00)
APA-Economics”-in xəbərinə görə, bu barədə Azərbaycan hökumətinin 2011-ci ildəki fəaliyyəti ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, ötən il tikintidə təhlükəsizliyə nəzarət sahəsində həyata keçirilən tədbirlər nəticəsində 3300 obyektdə yoxlamalar aparılıb. Onlardan 1207 obyektə qüsurların aradan qaldırılması barədə tapşırıqlar verilib, 910 obyektə isə tikinti işlərini müvəqqəti dayandırması ilə bağlı qərar qəbul edilib. Nəticədə həmin obyektlərin əksəriyyətində qüsurların aradan qaldırılmasına nail olunub.

Görülən tədbirlərə baxmayaraq, tikinti işlərini davam etdirən fiziki və vəzifəli şəxslər barədə 241 protokol tərtib edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR