Bakıda diplomatik akademiya və beynəlxalq münasibətlər institutlarının ümumdünya forumu keçiriləcək
11 sentyabr 2012 09:30 (UTC +04:00)
Bakı – APA. Sentyabrın 26-30-da Azərbaycan Diplomatik Akademiyasının (ADA) yeni kompleksində Diplomatik Akademiya və Beynəlxalq Münasibətlər İnstitutlarının 40-cı Ümumdünya Forumu keçiriləcək. ADA-dan APA-ya verilən məlumata görə, 1972-ci ildə təsis olunmuş foruma Vyana Diplomatik Akademiyası (Avstriya) və Corctaun Universiteti (ABŞ) həmsədrlik edir.
Ötən il bu tədbir ABŞ-ın Boston şəhərində keçirilib. Növbəti il isə forumun Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilməsi gözlənilir. 2007-ci ildən ADA forumun aktiv iştirakçısıdır.
Yetmiş ölkədən 90-dan artıq rektor və dekanın Bakı toplantısında diplomatik təlim, qlobal siyasi məsələlər və onların müasir təhsilə təsiri müzakirə olunacaq. Mövzular arasında enerji diplomatiyası, kiçik ölkələrin diplomatiyası, qlobal siyasi dəyişikliklər, regional təşkilatların inkişafı və ekoloji məsələlər var.
Xarici qonaqları Azərbaycanın tarixi və ənənələri ilə tanış etmək məqsədilə Bakıda gəzinti turu, Şəki və Qəbələyə səfərlərin təşkili də nəzərdə tutulur.

Xarici siyasət
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
22:17
17 may 2024
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
20:39
17 may 2024
Fariz Rzayev Avropa Şurasının Nazirlər Komitəsinin iclasında Azərbaycanın kütləvi mina təhdidi ilə üzləşdiyini bildirib
20:15
17 may 2024
Almaniya XİN rəhbəri: Azərbaycan və Ermənistanın sülh üçün tarixi fürsəti var
20:05
17 may 2024