“Apple”in rüblük mənfəəti iki dəfə artıb

“Apple”in rüblük mənfəəti iki dəfə artıb
# 25 aprel 2012 10:54 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-ın “Apple” korporasiyasının xalis mənfəəti bu ilin martın 31-də başa çatmış 2011-2012-ci maliyyə ilinin II rübündə iki dəfə artaraq 6 mlrd. dollardan 11,6 mlrd. dollara yüksəlib.

APA-Economics”in xəbərinə görə, şirkətin gəlirləri 59% artaraq 39,2 mlrd. dollar təşkil edib.

Hesabat dövründə “Apple” 35,1 mln. ədəd (+88%) “iPhone” smartfonu satıb. “iPad” planşet kompyuterlərinin satışında 151% artım qeydə alınıb. “Mac” kompyuterlərinin satışı 7% (4 mln. ədədə qədər) artıb, “iPod” pleyerlərinin satışı isə 15% (7,7 mln. ədədə qədər) azalıb. ABŞ xaricində satışlar şirkətin gəlirlərinin 64%-ni təşkil edib.

Bu nəticələr “Apple” tarixinin ən yaxşı nəticələrindən sayılır. Şirkətin rəhbəri Tim Kuk növbəti rübdə 34 mlrd. dollar gəlir proqnozlaşdırır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR