Azərbaycan hökuməti Yüksək Texnologiyalar Parkının yaradılması ilə bağlı xüsusi sərəncam hazırlayır
04 oktyabr 2012 09:01 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev bildirib.
İ.Əliyevin sözlərinə görə, bu sərəncamda Yüksək Texnologiyalar Parkının inşası üçün yerin ayrılması kimi vacib məsələlər əksini tapacaq.
Qeyd edək ki, Yüksək Texnologiyalar Parkı Azərbaycanda alternativ enerji sektorunun inkişaf etdirilməsi məqsədi ilə yaradılır. Burada yüksək texnologiyalarla təchiz olunacaq 15 zavod fəaliyyət göstərəcək. Parkda LED lampaları, şüşə, kiçik turbin və alternativ enerji sahəsində istifadə olunacaq lazımi məhsullar istehsal olunacaq. Eyni zamanda, Azərbaycan gələcəkdə tikinti materiallarının istehsalında yaşıl texnologiyalardan istifadə etmək niyyətindədir. Ümumiyyətlə, 2020-ci ildə Azərbaycanda istehsal olunacaq ümumi enerjinin 20%-nin alternativ enerjinin payına düşəcəyi gözlənilir.

İnfrastruktur
Azad olunmuş ərazilərin yenidən qurulması, bərpasına ayrılan vəsait 27% artırılacaq
22:43
24 may 2024
Azad olunmuş ərazilərə iyun ayı üçün avtobus biletləri satışa çıxarılır
17:13
24 may 2024
Ev almaq istəyənlərinə nəzərinə - cəmi 15.655 manat ilkin ödənişlə 3 otaq studiya mənzillər
15:02
24 may 2024
AZAL: Gələn aydan əcnəbilər Gürcüstana yalnız səyahət sığortası ilə giriş edə biləcək
13:13
24 may 2024