Azərbaycanda tikinti xərcləri indikatoru kəskin artıb

Azərbaycanda tikinti xərcləri indikatoru kəskin artıb
# 24 sentyabr 2012 13:15 (UTC +04:00)
«APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu ilin iyulunda həmin indikator cəmi 29,5%-ə bərabər olub.

CSI indikatoru ölkədə hesabat ayı ərzində mənzil tikintisinə yönəldilən investisiyaların əvvəlki ayın göstəricisinə nisbətidir. Belə ki, iyul ayında mənzil tikintisinə yönəldilən investisiyaların aylıq müqayisədə 3,4 dəfə azalmasından sonra, avqust ayında 62%-lik artım baş verib:



Göründüyü kimi, tikinti xərcləri indikatorunun dinamikasında böyük dəyişkənlik müşahidə olunur ki, bunun da əsas səbəbi tikinti sahəsinə subyektiv və mövsümi amillərin təsir etməsi ilə bağlıdır. CSI əsas makroiqtisadi indikatorlardan biridir və onun dinamikası təkcə tikinti sahəsinin deyil, həm də həmsərhəd sahələrdə, o cümlədən tikinti materialları və torpaq bazarı, əmək bazarında cari vəziyyətlə bağlı müəyyən mənzərəni üzə çıxarır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR