Dərbənddə fövqəladə vəziyyət yaranıb: Şəhərdə çörək, işıq, su, qaz yoxdur - FOTOSESSİYA

Dərbənddə fövqəladə vəziyyət yaranıb: Şəhərdə çörək, işıq, su, qaz yoxdur - <font color=red>FOTOSESSİYA</font>
# 10 oktyabr 2012 08:34 (UTC +04:00)
Bunu Lent. az-a Dərbənd sakini, “Azerros” qəzetinin Şimali Qafqaz üzrə koordinatoru Telman Hacıəliyev deyib. T. Hacıəliyevin dediyinə görə, rəsmən 7 nəfərin həlak olması bildirilsə də, itkin düşənlərin olması da istisna deyil. “Elə bir qədər əvvəl selin hardansa vurub gətirdiyi bir uşaq arabası və uşaq meyiti tapılıb. Ola bilər ki, həlak olanların sayı artsın. Ölənlərdən 3-ü bir ailənin – Məmmədəliyevlər ailəsinin üzvüdür”.

Xatırladaq ki, bu gecə aramsız yağan yağışlar nəticəsində Dağıstanın azərbaycanlılar yaşayan Dərbənd şəhərini sel suları basıb, nəticədə yüzlərlə ev su altında qalıb, ölən və yaralananlar var.

Həmkarımızın dediyinə görə, şəhərin bu həddə su basmasının səbəblərindən biri də Samur kanalının bəndinin dağılmasıdır: “Həmin kanaldan axan su şəhərin yuxarısından üzü aşağı axaraq qarşısına çıxan hər şeyi aparıb. Hətta iri tonnajlı maşınlar belə çevrilib. Ağacları kökündən qoparıb. Elə evlər var ki, bundan sonra orda yaşamaq qeyri-mümkündür”.

T. Hacıəliyevin bildirdiyinə görə, Dağıstan Respublikasının prezidenti Maqomedsalam Maqomedov bu gün tezdən Dərbəndə gəlib: “Hazırda fəlakətin aradan qaldırılması ilə bağlı tədbirlər görülür. Şəhər meriyasında qaynar xətt yaradılıb. Təcili yardım və xəstəxanalara generatorlarla da olsa, işıqla təmin edilir. Zərərçəkənlərə ilkin yardımlar edilir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR