Füzulidə traktor kanala düşüb, sürücü ölüb

Füzulidə traktor kanala düşüb, sürücü ölüb
# 31 avqust 2012 10:13 (UTC +04:00)
Bakı – APA. Füzuli rayonu ərazisində traktor su kanalına aşıb. APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 30-da saat 19.00 radələrində Füzuli rayonunun Kərimbəyli kəndi ərazisində, kənd sakini Sənan İsmayılov "T-28" markalı traktoru idarə edərkən onu yolun kənarındakı su kanalına aşırıb.

Nəticədə sürücü hadisə yerində ölüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR