Mehriban Əliyeva: “Azərbaycan humanitar əməkdaşlıq və dialoqa dəstək verməyə hazır olduğunu hər zaman bəyan edib”

Mehriban Əliyeva: “Azərbaycan humanitar əməkdaşlıq və dialoqa dəstək verməyə hazır olduğunu hər zaman bəyan edib”
# 13 aprel 2012 13:23 (UTC +04:00)
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva dövlətlərarası “Birliyin ulduzları” mükafatının təqdimetmə mərasimində çıxışı zamanı bildirib.

O, hazırda Azərbaycanın və Bakı şəhərinin mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrildiyini söyləyib: “Bakıda hər il müxtəlif mövzulara həsr olunmuş beynəlxalq konfransların keçirilməsini buna nümunə göstərmək olar. Azərbaycan Avrasiyanın mərkəzində yerləşir və artıq yüzilliklərdir ki, özündə çoxsaylı mədəniyyət və sivilizasiyaların izlərini daşıyır. Keçən il Bakıda keçirilmiş Rusiya-Azərbaycan humanitar forumu, hər il keçirilən beynəlxalq foruma çevrilib. Fikrimcə, yaranmış problemləri aradan qaldırmaq yalnız ümumibəşəri dəyərlərə əsaslanmaqla mümkündür. Təhsil, elm və mədəniyyət sahəsində irimiqyaslı layihələr və iqtisadi əlaqələrin möhkmələndirilməsi ölkələrimizin sülh və çiçəklənməsinə xidmət edir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR