TürkPA baş katibi Tailandda keçiriləcək konfransında çıxış edəcək

TürkPA baş katibi Tailandda keçiriləcək konfransında çıxış edəcək
# 09 fevral 2012 12:37 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənovun başçılıq etdiyi nümayəndə heyəti fevralın 13-14-də ATƏT-in “Regional əməkdaşlıq vasitəsilə təhlükəsizliyin gücləndirilməsi” mövzusunda Tailandda keçirəcəyi konfransında iştirak edəcək. Bu barədə APA-ya TürkPA-nın mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə TürkPA baş katibinin “Asiyada təhlükəsizlik problemləri” mövzusunda çıxışı nəzərdə tutulur.

TürkPA baş katibinin ATƏT-in baş katibi Lamberto Zanyer, Türkiyənin ATƏT-dəki daimi nümayəndəsi Tacan İldəm və bir sıra beynəlxalq təşkilatların nümayəndələri ilə görüşü də planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR