MDB dövlət başçılarının sammiti dekabrın 5-də keçiriləcək

MDB dövlət başçılarının sammiti dekabrın 5-də keçiriləcək
# 30 oktyabr 2012 19:35 (UTC +04:00)
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl - dekabrın 4-də isə Aşqabadda MDB Xarici İşlər Nazirlikləri Şurasının iclası olacaq.

Sammitin vaxtının müəyyənləşməsi məsələsini Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov və MDB-nin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev müzakirə ediblər. Sammitin vaxtının dəyişdirilməsi MDB-nin İcraiyyə Komitəsinin xahişi ilə edilib. Türkmənistan tərəfi bəyan edib ki, görüşün keçirilməsinə tam hazırdır. Hazırda MDB dövlət başçıları Şurasına Q. Berdıməhəmmədov rəhbərlik edir.
Lebedev deyib ki, sammitin vaxtının dəyişdirilməsi bu görüşə hazırlıq, müzakirə olunacaq sənədlərin hazırlanması ilə bağlıdır. Aşqabadda MDB ölkələri arasında əməkdaşlığın inkişafına dair 20 sənəd ətrafında müzakirələr aparılacaq.

Xatırladaq ki, iclasların müvafiq olaraq noyabrın 1 və 2-də Aşqabadda keçirilməsi planlaşdırılırdı.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR